Bakı. Trend:
Minatəmizləmə işi ilə məşğul olan şəxslərin sosial müdafiəsi,sağlamlığı və pensiya təminatı məsələlərinə toxunmaq istərdim. Bu,ən çətin və ən təhlükəli peşələrdən biridir. Bu insanlar hər günölümlə üz-üzə qalırlar. Bu baxımdan, istifadə olunan texnikamüxtəlif dövrlərdə gəlir və gömrük vergilərindən azad edilib.
Trend xəbərverir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədriSiyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının sonuncuplenar iclasında deyib.
Millət vəkili bildirib ki, bu sahədə çalışan insanların davergilərdən azad olunması və ya onlara əlavə güzəştlərin verilməsi,əməkhaqlarının artırılması yerində olardı:
“Çünki onların pensiyaları yüksək deyil, aldıqları xəsarətlərəgörə sonradan ödənilən kompensasiyalar da kifayət qədər böyükməbləğdə nəzərdə tutulmur. Bu sahədə çalışan insanlara diqqətinartırılması vacibdir.
Təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, Fövqəladə HallarNazirliyində və Azərbaycanın digər bölgələrində mina təmizləmə vəsursatla bağlı gündəlik təhlükəli işlərə cəlb olunan şəxslərinpensiyaları aşağıdır, sosial müdafiələri isə lazımi səviyyədədeyil”.