RU

Uşağı dünyaya gələn kişilərə ödənişli məzuniyyət veriləcək

AzVision.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulacaq.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az
Избранный
12
12
azvision.az

10Источники