Türkiyənin İstanbul şəhərindən Özbəkistanın Səmərqənd şəhərinə uçan Özbəkistan Hava Yollarına məxsus sərnişin təyyarəsi , göyərtəsindəki bir şəxsin qayda pozması səbəbindən başqa bir şəhərdə təcili eniş edib.
Publika.az xəbər verir ki, bu barədə aviaşirkətin Telegram kanalı məlumat yayıb.
Hadisə dekabrın 29-da baş verib. Sərxoş sərnişin digər sərnişinlərə və heyət üzvlərinə qarşı nalayiq davranıb. Nəticədə təyyarə Urqençdə eniş etməyə məcbur olub.
Orada cinayətkar hüquq-mühafizə orqanlarına təhvil verilib.