RU

Bu iki nəfər qəhvə içən kimi, İranda hər şey bahalaşır - Maqsudi

BAKI, 30 dekabr. TELEQRAF

“Tramp Netanyahuya “gəl bir qəhvə içək” deyən kimi, İranda qəfil valyutanın qiymətləri qalxır. Netanyahu bir söz deyir, qiymətlər yenə artır”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin İqtisadi Komitəsinin üzvü Fatimə Maqsudi ölkədə davam edən etiraz aksiyaları ilə bağlı danışarkən bildirib.

“İndi konkret olaraq nə baş verdi ki, ötən həftədən bu günə qədər qızıl sikkənin qiyməti bu qədər artıb? Hansı konkret iqtisadi hadisə olub? Heç nə baş verməyib. Müharibə ehtimalı hissi artdıqca qiymətlər yüksəlir və ya bir xəbərin yayılması ilə bazar dalğalanır. Bu dalğalanmaların isə mahiyyət etibarilə iqtisadi məsələlərlə birbaşa əlaqəsi yoxdur”

Netanyahu bir söz deyir, qiymətlər qalxır. Hətta bəzən digər məsul şəxslərin bir cümləsi də bazara təsir edir. Fikrimcə, hazırda müşahidə etdiyimiz bu vəziyyət ölkənin real iqtisadi göstəricilərindən daha çox siyasi mühit və siyasi dairələrlə bağlıdır”, - iranlı deputat qeyd edib.

Избранный
33
teleqraf.com

1Источники