RU

Yol polisi avtomobili hansı hallarda təqib edə bilər? RƏSMİ AÇIQLAMA VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Yol polisi sürücünü yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda təqib edə bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM” radiosunun efirində Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü polisin dayanma tələbini yerinə yetirmədikdə, həmin şəxs barəsində dərhal digər yol polisi əməkdaşlarına məlumat ötürülür və faktla bağlı yazılı raport tərtib olunur.

Baş inspektor qeyd edib ki, sürücünün cinayət törətməkdə şübhəli bilinməsi ilə bağlı dəqiq və əsaslı məlumat olduqda və ya həmin sürücü insanların həyat və sağlamlığına real təhlükə yaratdıqda, yol polisi tərəfindən təqib tədbirləri tətbiq edilə bilər.

Elvin Hacıyev vurğulayıb ki, bu cür təqiblər heç vaxt əsassız həyata keçirilmir və hər bir hal qanunun tələblərinə uyğun şəkildə, ictimai təhlükəsizlik prioritet götürülməklə icra olunur. Məqsəd sürücünü cəzalandırmaq deyil, mümkün yol-nəqliyyat hadisələrinin və ağır nəticələrin qarşısını almaqdır.

O, sürücülərə çağırış edərək bildirib ki, polis əməkdaşının qanuni tələblərinə əməl edilməməsi vəziyyəti daha da gərginləşdirir və hüquqi məsuliyyəti ağırlaşdıra bilər. Bu səbəbdən sürücülərdən yol hərəkəti qaydalarına riayət etmək, polis əməkdaşlarının göstərişlərinə vaxtında və düzgün reaksiya vermək xahiş olunur.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
avtosfer.az

1Источники