Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Kərim Hüseynov 1989-cu il dekabrın 30-da Qusar rayonunun Piral kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 14-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Kərim Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!