RU

İstanbulda “Kəlbəcər” tankerindən həyəcan çağırışı daxil olub - Vəziyyət nəzarət altındadır

İstanbulda
İstanbulda Bakırköyün Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı iki tankerdən həyəcan çağırışı daxil olub. 1news.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayıb. Küləkli hava şəraiti səbəbindən Kiçikçəkməcə lövbər rayonunda “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqda lövbərdə olan Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib. Bununla əlaqədar hər iki gəmidən təcili yardım çağırışı edilib və hadisə yerinə xilasetmə qrupları göndərilib.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimatlara uyğun olaraq liman müfəttişliyinin əməkdaşları əraziyə cəlb olunub. Hazırda xidmət heyəti tərəfindən hər iki tankerə texniki baxış keçirilir, lövbər zəncirinin təhlükəsiz şəkildə azad edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunur ki, hadisə zamanı “Kəlbəcər” tankerində yük olmayıb. Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Избранный
23
1news.az

1Источники