RU

Avropa liderləri bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcəklər- ÖZƏL

Dekabrın 30-u-bu gün Avropanın aparıcı ölkələrinin liderləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Olaylar.az xəbər verir ki, 
Polşa hökumətinin mətbuat katibi Adam Şlapka bildirib ki, bu müzakirədə Polşa Respublikasının baş naziri Donald Tusk da iştirak edəcək. TVN24 kanalının məlumatına görə, görüşdə Almaniya kansleri Fridrix Merz, Danimarka baş naziri Mette Frederiksen, Finlandiya prezidenti Aleksander Stubb, Fransa prezidenti Emmanuel Makron, İtaliya baş naziri Corcia Meloni, Niderlandlar baş naziri Dik Skof, Norveç baş naziri Jonas Qar Störe, İsveç baş naziri Ulf Kristersson, Böyük Britaniya baş naziri Kir Starmer, həmçinin Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Antonio Koşta və Ursula fon der Leyen iştirak edəcəklər.
Görüşün əsas məqsədi Ukraynada davam edən vəziyyəti qiymətləndirmək və gələcək addımlar barədə fikir mübadiləsi aparmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники