RU

De la Fuente ardıcıl ikinci dəfə bunu bacardı - Gürcü məşqçi ilk "10-luq"da

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən ardıcıl ikinci il dünyanın ən yaxşı məşqçisi seçilib. 

Fanat.Az xəbər verir ki, o, 136 xalla illik reytinqdə 2022 və 2023-cü illərdə IFFHS mükafatlarını qazanan Roberto Martinez və Lionel Skalonini geridə qoyaraq, birinci yeri tutub.

Özbəkistan milli komandasının keçmiş baş məşqçisi Timur Kapadze IFFHS tərəfindən milli komanda məşqçiləri arasında ilk "10-luq"da yer alıb. Gürcü mütəxəssis reytinqdə səkkizinci yeri tutub. 

Избранный
56
1
fanat.az

2Источники