RU

Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşları artıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən rabitə və nəqliyyat sektoruna qoyulmuşkreditlərin həcmi 2,143 milyard manata çatıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 19,3 milyon manatvə ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 321,1 milyonmanat və ya 17,6% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manatvə ya 8,3% artım deməkdir.

Məqalədə:
Избранный
46
2
az.trend.az

4Источники