Bəzi məhsullara idxal zamanı tətbiq edilən aksiz vergisi güzəştinin müddəti artırılıb.
Far.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb.