RU

Azərbaycan rəssamları üçün Avropada yeni imkan - FOTOLAR

"SEN1SEN" Beyin Mərkəzi ilə San Marinoda yerləşən "La Maison de la Petite Sara" Qalereyası arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan rəssamları üçün əsərlərinin beynəlxalq auksionda satış imkanı yaradılıb.

QHT.az xəbər verir ki, 22-30 dekabr tarixlərində San Marinodakı Kursaal Congress Mərkəzində keçirilən incəsənət hərracında xalq rəssamı, professor Arif Hüseynovun ümumilikdə, 19 əsəri yer alıb. Kolleksiyaçıları, kuratorları və incəsənət mütəxəssislərini bir araya gətirən bu tədbir Azərbaycan incəsənətinin beynəlxalq səviyyədə təbliği üçün əhəmiyyətli bir platforma olmuşdur.

Bu imkanı Azərbaycan rəssamları üçün yaradan "SEN1SEN" Beyin Mərkəzinin rəhbəri Fəridə Quluzadə qeyd edilən auksionda iştirak etmiş və növbəti auksionlarda əlavə bir neçə Azərbaycan rəssamları üçün əsərlərinin daxil edilməsinə dair razılıq əldə etmişdir. 2025-ci ildə Qalereya Palazzo Mandrillidə keçirilmiş 14 sərgi və çoxsaylı görüşlərin nəticəsində Azərbaycan rəssamlarının əsərləri İtaliyada təbliğ olunmuş və onlar üçün yeni perspektivlər açılmışdır. "SEN1SEN" Beyin Mərkəzi Azərbaycanın yaradıcı insanlarının müxtəlif ölkələrdə və onlayn platformalarda tanınması üçün fəaliyyətlər həyata keçirtməyə davam edir.

Bu layihə ölkələrarası mədəni dialoqun inkişafına və yeni layihələrə yol açır. Biz artıq İtaliyadan başlamışıq və hazırda San Marino da mədəni yolumuza qoşulmuşdur. Zamanla bu layihəyə daha çox ölkə qoşulacaq və paralel olaraq layihədə iştirak edən və faydalanan yaradıcı insanların sayı da artacaq.

Избранный
16
qht.az

1Источники