RU

Beyons rəsmi şəkildə milyarder oldu

Məşhur müğənni Beyons rəsmi olaraq milyarder elan edilib.

Far.Az "Entertainment tonight"a istinadən xəbər verir ki, "Forbes" onun sərvətinin 1 milyard dolları keçdiyini rəsmi olaraq elan edib və onu milyarder adlandırıb.

Qeyd edilib ki, superulduzun "Cowboy Carter" turundan sonra sərvəti artıb.

Konsert turu zamanı sənətçi 400 milyon dollardan çox gəlir əldə edib. Bununla da Beyons, 2025-ci ilin ən çox gəlir gətirən turunun sahibi olub.

Bu tur sənətçinin 2023-cü ildəki "Renaissance World Tour"undan sonra baş tutub. Həmin konsert turu isə ifaçıya təxminən 600 milyon dollar gəlir gətirmişdi.

Bu ayın əvvəlində "Forbes" Beyonsun xalis sərvətini 800 milyon dollar olaraq dəyərləndirmiş və uzun illər davam edən uğurlarından sonra ilk dəfə milyarder həddini keçəcəyini proqnozlaşdırmışdı.

Bu maliyyə uğuru Beyonsu digər dörd həmkarı ilə birlikdə milyarderlər klubuna daxil edib. Onların arasında həyat yoldaşı Cey-Zi, eləcə də Rihanna, Teylor Svift və Brüs Sprinqstin var.

Избранный
65
far.az

1Источники