“Bornmut”un vingeri Antoine Semenyo qış transfer pəncərəsində “Mançester Siti”yə keçməyə yaxındır.
İdmanxeber.az xəbər verir ki, futbolçu şəxsi müqavilə şərtlərində problem yaratmır. “Şəhərlilər” hazırda 65 milyon funt sterlinqlik sərbəstqalma məbləğinin ödənilməsi ilə bağlı danışıqları davam etdirir.
Qeyd edək ki, Semenyo bu mövsüm Premyer Liqada 17 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.