RU

DİQQƏT: Yeni ildə kredit borcları ilə bağlı güzəşt edilə bilər…

Yeni il ərəfəsində bankların kredit və kredit kartı borcları ilə bağlı hər hansı güzəşt edib-etməyəcəyi maraq doğurur. Bəs, banklar Yeni il ərəfəsində kredit və kart borcları ilə bağlı güzəşt edə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, banklar tərəfindən bu cür bayram güzəştləri nəzərdə tutulmur.

İqtisadçının sözlərinə görə, banklar kreditləri verərkən təqvimdə Yeni il və Novruz kimi bayramların olduğunu əvvəlcədən nəzərə alırlar və buna görə də sonradan əlavə güzəştlərin tətbiqi gündəmdə olmur:

“Yeni il, Novruz bayramı kimi günlərdə kredit və kart borcları üzrə heç bir güzəşt edilmir və edilə də bilməz. Banklar kredit verərkən bu bayramların mövcudluğunu bilirdilər. Ona görə də hər hansı güzəşt nəzərdə tutulmur”.

Xalid Kərimli qeyd edib ki, kredit kartları üzrə də eyni yanaşma tətbiq olunur və bu istiqamətdə ümumi qərar gözləmək real deyil:

“Kredit kartlarında da güzəşt olmayacaq. Banklar yalnız öz daxili qərarları əsasında, istisna hallarda fərdi yanaşma göstərə bilərlər”.

İqtisadçı əlavə edib ki, banklar biznes qurumlarıdır və bu sahədə verilən qərarlar da kommersiya prinsiplərinə əsaslanır:

“Bankları da təşkilatlar yaradıblar, bu bir biznesdir. Borclu olan şəxslər öz bizneslərində başqalarına belə hədiyyələr edirlərmi? Bu, yalnız bank rəhbərliyinin fərdi qərarı ola bilər və ümumi xarakter daşımır”.

Beləliklə, ekspertin fikrincə, Yeni il ərəfəsində kredit və kart borcları ilə bağlı banklardan kütləvi güzəştlər gözləmək real deyil.

Избранный
28
2
nocomment.az

3Источники