Avropa və Kanada liderləri Ukrayna məsələsi ilə bağlı yeni danışıqlar aparıblar.
KONKRET.az xəbər verir ki, Almaniya kansleri Olaf Merz bildirib ki, “Bu gün ‘Berlin formatı’ çərçivəsində Avropa və Kanada tərəfdaşları ilə növbəti razılaşma raundu keçirilib. Biz sülh prosesini irəli aparırıq. Hazırda bütün tərəflərdən, o cümlədən Rusiyadan şəffaflıq və dürüstlük tələb olunur”.
Niderlandın baş naziri Mark Rutte isə qeyd edib: “Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin təmin olunması istiqamətində iş tam gücü ilə davam edir. Bütün səylər Ukrayna üçün davamlı sülhün təmin olunmasına yönəlib. Növbəti həftə ‘istəkli koalisiya’ yenidən toplanacaq”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, “Nəticədə, azad Ukrayna dövlətinin inkişafı və firavanlığı Avropa İttifaqına üzvlüyündən asılıdır. Bu, eyni zamanda əsas təhlükəsizlik zəmanətidir.
Üzvlük yalnız qoşulan ölkələr üçün fayda gətirmir, ardıcıl genişlənmə dalğaları göstərir ki, bütün Avropa üçün əhəmiyyətli üstünlüklər təmin edilir”.