Kardioqoloq İrina Tarasova ürək və damar sağlamlığına ən çox zərər verən beş qida kateqoriyasını açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu siyahını lenta.ru ilə söhbətində qeyd edib.
Tarasova bildirib ki, ürək-damar sistemi üçün ən zərərli qidalardan biri spirtli içkilərdir. Həkim vurğulayıb ki, baxmayaraq ki, ilk baxışda porsiyalar kiçik görünə bilər, onların müntəzəm qəbulu qan təzyiqinin yüksəlməsinə, aritmiya və kardiyomiyopatiya riskinin artmasına səbəb ola bilər.
Kardioqoloqun sözlərinə görə, ürək üçün zərərli həmçinin emal olunmuş ət məhsullarıdır.
"Sosiska, kolbasa, bekon çox duz, doymuş yağlar və konservantlar ehtiva edir. Bu məhsulların həvəskarlarında iskemik ürək xəstəliyinin inkişaf riski artır", - deyə həkim əlavə edib.
Aytəkin TOFİQQIZI