Birləşmiş Ərəb Əmirlikləri Yəməndə antiterror əməliyyatlarını dayandırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yəmənin Müdafiə Nazirliyi məlumat yayıb.
BƏƏ Müdafiə Nazirliyi bildirib ki, Yəməndəki antiterror əməliyyatlarının miqyasını azaldır. Qeyd olunur ki, qərar hazırkı mərhələni nəzərə alaraq BƏƏ-nin öz təşəbbüsü ilə verilib. Bildirilir ki, bu qərar BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur.
Məlumat üçün qeyd edək ki, BƏƏ dünən Yəməndə antiterror əməliyyatlarına başladığını bəyan etmişdi.
Cavid