RU

Almaniyada “ilin qarəti” –Oğrular bankdan 34 milyon avro apardılar

Almaniyanın Gelzenkirxen şəhərində “ilin qarəti” baş verib. 

AzPost Bild qəzetinə istinadən bildirir ki, naməlum oğrular “Sparkasse Bank”ın seyfini soyublar. Məlumata görə, oğrular şəxsi seyflərdən nağd pul və qiymətli əşyalar oğurlayıblar. Ümumi ziyan təxminən 34 milyon avro təşkil edib.

“Almaniya ilin sonunda böyük bir soyğun hadisəsini müzakirə edir. Oğrular Gelzenkirxendəki ofisin divarında böyük bir deşik açaraq bankın seyfinə giriblər. Daha sonra seyflərdən əllərinə keçən hər şeyi oğurlayıb qaçıblar”.

Seyfdə təxminən 2700 müştəri tərəfindən icarəyə götürülmüş müxtəlif ölçülü təxminən 3300 seyf olub. Bəzi kirayəçilər hər biri 10300 avroya qədər sığortalanmış birdən çox seyfdən istifadə ediblər.

Bild qeyd edir ki, ilkin hesablamalara görə, bütün seyflər sındırılıbsa sığorta ödənişləri 33,9 milyon avroya çata bilər.

Bazar ertəsindən bəri ən azı 200 qəzəbli müştəri bank binasının qarşısında toplaşıb. Onlar hadisə və haqq etdikləri ödənişlər barədə dərhal məlumat tələb edirlər. Lakin bank rəhbərliyi hələlik zərərçəkmişlərlə əlaqə saxlamayıb. Narazı əmanətçilər bağlanmış filiala girməyə çalışırlar. Hadisə yerində polis əməkdaşları vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışırlar.

AzPost.az

Избранный
5
1
azpost.info

2Источники