RU

Ucarda QƏZA: ölən var

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada — Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
6
lent.az

7Источники