RU

Paşinyanın düşməni olan biznesmen ev dustaqlığına BURAXILIR

Məhkəmə qərarı ilə Ermənistanda həbs edilən biznesmen Samvel Karapetyan ev dustaqlığına buraxılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Armen Feroyan bildirib.

O, həmçinin biznesmen üçün girov qoyulacağını açıqlayıb.
 

Qeyd edək ki, oktyabrın 16-da İrəvan məhkəməsi hakimiyyətin devrilməsinə çağırışda ittiham olunan Karapetyanın həbsini daha bir ay uzatmışdı. Buna baxmayaraq, məhkəmə iş adamına qarşı irəli sürülən çirkli pulların yuyulması və iqtisadi cinayətlərə dair ittihamları əsasız hesab etmişdi. Həm müdafiə tərəfi, həm də prokurorluq həmin qərarı apellyasiya qaydasında mübahisələndirib.


Samvel Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanır. Müdafiə tərəfi onun Ermənistan Apostol Kilsəsinə dəstəyinə görə siyasi təqiblərə məruz qaldığını iddia edir.

Bizim.Media

Избранный
53
1
bizim.media

2Источники