RU

Daxili turizm canlanır: Ölkədə şou, yarmarka və tədbirlər ARTIRILIB

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Yeni il üçün Azərbaycanda əyləncə və istirahət yerlərinin sayı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Bakı şəhərində çoxlu seçim imkanı var – restoranlar, kafelər, otellər kifayət qədər əyləncə proqramları təqdim edir. Yeni il ətrafında həm şou proqramları, tədbirlər, yarmarkalar, həm də rəngarəng əyləncə imkanları nəzərdə tutulub".Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib. O, bildirib ki, regionlarda da bayram günlərinə xüsusi proqramlar hazırlanıb və tələb kifayət qədər yüksəkdir:"Demək olar ki, yerlərin çoxu artıq dolub. Ölkə üzrə maraqlı və müxtəlif əyləncə proqramlarının artması daxili turizmin inkişafına müsbət təsir göstərir. Bu, vətəndaşların bayramlarını daha səmərəli keçirməsinə, həmçinin ölkə daxilində istirahət imkanlarından geniş istifadəyə şərait yaradır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
demokrat.az

1Источники