RU

“AtaSığorta"nın bu əməliyyatları aparmasına icazə verilmədi - niyə...


Əkrəm Həsənov: “Şirkət bağlanmalı olacaq, ya da sahibləri bu problemi aradan qaldırmaq üçün əlavə vəsait cəlb etməlidir”

Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilib.

Belə ki, göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılıb. Məlumat üçün bildirək ki, şirkət 2024-cü ili 377 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 60,1 % və yaxud 2,5 dəfə azdır. Maraqlıdır, bu qərar “AtaSığorta”nın bağlanmağına səbəb ola bilər?

“AtaSığorta” Mərkəzi Bankın sığorta şirkətləri üçün müəyyən etdiyi, o cümlədən qanundan irəli gələn tələblərə əməl etmir”

Hüquqşunas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov baki-xeber.com-a qeyd etdi ki, belə bir göstərişin verilməsi onu göstərir ki, “AtaSığorta” Mərkəzi Bankın sığorta şirkətləri üçün müəyyən etdiyi, o cümlədən qanundan irəli gələn tələblərə əməl etmir: “Məlum vəziyyətin yaranması həm də maliyyə göstəriciləri - nizamnamə kapitalı və digər tələblərlə bağlıdır. Şirkət artıq sığorta müqaviləsi bağlaya bilməz. Sığorta müqaviləsi özü bir öhdəlik sayıldığı üçün bu halda şirkətin fəaliyyəti tam dayanmış olur. Bu vəziyyətdə ya şirkət bağlanmalı olacaq, ya da sahibləri bu problemi aradan qaldırmaq üçün əlavə vəsait cəlb etməlidir. Bunu edə bilməsələr, şirkət bağlanacaq. Mərkəzi Bank bu qərarı açıqlamaqla şirkətə zaman qazandırır”.

Günel CƏLİLOVA

Избранный
15
baki-xeber.com

1Источники