RU

Donald Tramp İsraili dəstəkləyəcəyinə söz verib

Dünən gecə Amerika liderinin Floridadakı Mar-a-Laqo iqamətgahında İsrail Baş naziri Binyamin Netanyahu ilə danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp özünü Netanyahunun və İsrailin “böyük dostu” adlandırıb və Yaxın Şərqdə sülhə nail olmaq üçün İsraili dəstəkləyəcəyinə söz verib: “Biz sizinləyik və sizinlə olmağa davam edəcəyik.

Yaxın Şərqdə sülh var və biz onu qorumağa çalışacağıq. Düşünürəm ki, biz onu qorumaqda çox uğurlu olacağıq”- Donald Tramp deyib.
O, həmçinin qeyd edib ki, İsrail Yaxın Şərqdə sülhü qorumaq öhdəliklərini tam yerinə yetirir. Amerika lideri İsrail ilə yeni Suriya hökuməti arasında münasibətlərin normallaşdırılmasına maksimum kömək göstərəcəyinə söz verib: “Əminəm ki, İsrail və Əhməd əl-Şaraa ortaq məxrəc tapa biləcəklər. Onların həqiqətən yola getməsi üçün əlimdən gələni edəcəyəm.” – Donald Tramp bildirib.

Öz növbəsində, İsrailin baş naziri mətbuat konfransında ABŞ prezidentinin yəhudi dövlətinin ən nüfuzlu mükafatı olan və indiyə qədər heç bir xarici vətəndaşa verilməyən İsrail Mükafatını alacağını açıqlayıb. Netanyahu əlavə edib ki, mükafat Amerika liderinə yəhudi xalqına verdiyi unikal töhfəyə görə təqdim ediləcək.

//Samir Qurbanov, Editor.az

Избранный
38
editor.az

1Источники