RU

“Qalib yoxdur, döyüş genişlənir”

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Putinin Novqorod vilayətindəki iqamətgahına hücumla bağlı yayılan məlumatlar Rusiya-Ukrayna müharibəsində vəziyyətin daha kəskin fazaya keçməsi ehtimalını artırır”.

Bu barədə Milli Məclisin deputatı Azər Badamov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, baş verənlər həm siyasi, həm də hərbi baxımdan gərginliyi yüksəldən faktordur:

“Bu hadisə müharibənin növbəti mərhələyə qədəm qoyduğunu göstərir. Hətta ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketlərini verməməsini doğru qərar kimi izah etməsi də onu göstərir ki, belə silahlar Ukraynaya verilsəydi, Rusiya ərazisindəki hədəflərin daha dəqiq vurulması mümkün ola bilərdi və bu, müharibəni daha da dərinləşdirərdi.Moskvanın hücuma cavab olaraq Kiyevdə adekvat hədəflərin vurula biləcəyi ehtimalını gündəmə gətirməsi yaxın perspektivdə atəşkəsin əldə olunmasını qeyri-real edir.Artıq dörd ildir davam edən müharibənin səngiməsi gözlənilmir. Rusiya qısa müddətdə nəticə əldə etməyi planlaşdırırdı, amma bu baş vermədi. Hər iki tərəf silahlanmanı artırır, nəticədə müharibə genişlənir və minlərlə insan həyatını itirir.

Hazırkı şərtlər daxilində nə Rusiyanın, nə də Ukraynanın qalib kimi çıxması mümkün görünür.Qərb Ukraynanı silahlandırmaqla, Rusiya isə geri çəkilə bilməməsi ilə prosesin uzanmasına şərait yaradır. Bu müharibədə qalib yoxdur, itirən isə region və insanlardır. Ona görə ilk addım atəşkəs olmalı, sonra danışıqlar yolu ilə digər məsələlər həll edilməlidir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
icma.az

1Источники