RU

İsrailin qərarına görə Somalidə etirazlar başlandı

Somalidə İsrailin Somaliləndi tanımasına etiraz olaraq nümayişlər keçirilib. Aksiya Moqadişo başda olmaqla, bir sıra digər bölgələrdə də davam edib.

Bakıvaxtı.az xəbər verir ki, İsrailin Somaliləndlə rəsmi münasibətlər qurmaq qərarı bir neçə gün ərzində bir sıra ölkələr tərəfindən tənqid edilib. Bunlara Çin, bölgədə təsirini gücləndirən Türkiyə, həmçinin AB və Afrika İttifaqı daxildir.

ABŞ nümayəndəsi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsraili müdafiə edib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İsrailin bu addımını təkrarlamayacaq.

Xatırladaq ki, daha əvvəl rəsmi Bakı da Somalinin ərazi bütövlüyünü tanıması barədə bəyanat yayıb./Globalinfo

Избранный
52
3
bakivaxti.az

4Источники