...“Qiyamət günü” radiostansiyası UVB-76-da qəfildən musiqi səslənməyə başladı...
SİA-nın məlumatına görə, Pyotr İliç Çaykovskinin "Qu gölü" baletindən bir parça...Bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 Logs" Telegram kanalı da məlumat verib.
İstifadəçilər Frank Düvalın "It Was Love" mahnısının da səsləndiyini qeyd edirlər.
Xatırladaq ki, stansiya sonuncu dəfə 29 dekabrda "perel" sözünü ötürərək əlaqə saxlayıb.
Qiyamət Radiosu haqqında...
1970-ci illərdə yaradılan hərbi radiostansiya UVB-76 (yəni "Zumzer" – red.) sirli siqnalları və kodlu mesajları ilə tanınır. Sui-qəsd nəzəriyyəçiləri "zumz"u aktiv şəkildə izləyir və ötürülən kodlarda məna və ya gizli məlumat tapmağa çalışırlar.
UVB-76 gündə 23 saat on dəqiqə monoton siqnallar ötürür. Lakin, bəzən kod sözləri olan qısa mesajlar eşidilir ki, bu da mütəxəssislərin hərbi əməliyyatlar və ya təlimlərlə əlaqəli ola biləcəyinə inanır.
Əli Babayev