RU

Çin raketi kosmik hədəfləri aşkarlamaq üçün peykləri orbitə buraxıb

Çinin "Çançjen-7A" raket daşıyıcısı çərşənbə günü kosmik hədəfləri aşkarlamaq üçün yeni texnologiyaların sınaqdan keçirilməsi məqsədilə "Şijyan A" və B peyklərini orbitə çıxarıb.

"Report"un xəbərinə görə, CCTV bu barədə məlumat verib.

Raket Pekin vaxtı ilə səhər saat 6:40-da (Bakı vaxtı ilə saat 2:40) Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Peyklər buraxılış vasitəsindən ayrıldıqdan sonra təyin olunmuş orbitlərə uğurla daxil olublar.

Peyklərdən əsasən kosmik tədqiqatlar, təcrübələr və müxtəlif yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Избранный
49
far.az

1Источники