RU

ABŞ dövlət katibi və BƏƏ xarici işlər naziri Yəməndəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və BƏƏ-nin xarici işlər vəbeynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zayed Əl Nəhyan telefondanışığı zamanı Yəməndəki vəziyyəti və Yaxın Şərqdəki təhlükəsizlikməsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət DepartamentininMətbuat Xidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasındadeyilib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi və BƏƏ xarici işlərnaziri "Yəməndəki vəziyyəti və Yaxın Şərqdə təhlükəsizliyə vəsabitliyə təsir edən daha geniş məsələləri müzakirə ediblər".

Qeyd edək ki, həmin gündə Dövlət Departamenti bildirib ki, Rubiovə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ƏlSəud da telefonla danışaraq "Yəməndə davam edən gərginliyi"müzakirə ediblər.

Избранный
42
az.trend.az

1Источники