RU

Uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının milli həmrəyliyini daha da gücləndirib

Bakı. Trend:

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. XalqımızınUlu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabrınDünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yenitariximizin mühüm siyasi hadisələrindən biridir. Artıq 34 ildir ki,bu milli bayram günü bütün xalqımız, dünyanın harasındayaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyükcoşqu ilə qarşılanır.

Azərbaycanlılar obyektiv və subyektiv səbəblərdən doğma yurddanuzaq düşsələr də, heç vaxt öz milli kimliklərini və dəyərləriniitirməyiblər, yaşadıqları bütün dövlətlərdə xalqımızın adını hərzaman uca tutublar. Eyni zamanda, hələ sovet imperiyasınınsərhədləri bağlı saxladığı dövrdə dünyanın müxtəlif yerlərindəyaşayan azərbaycanlılar daim milli həmrəylik nümayiş etdiriblər. Buməqsədlə müxtəlif cəmiyyətlər, dərnəklər yaradaraq,təşkilatlanıblar və ana vətənlə əlaqələr qurmağa çalışıblar.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrayaranan reallıqlar şəraitində dünya azərbaycanlılarının millihəmrəyliyinin gücləndirilməsi yeni tarixi çağırış olaraq meydanaçıxıb və bu milli vəzifənin siyasi-ideoloji müəllifi xalqımızın UluÖndəri Heydər Əliyev olub. 1991-ci il dekabrın 16-da NaxçıvanMuxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi iləkeçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylikbayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclisbununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkəparlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-dəAzərbaycan Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq,dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elanolunması barədə qanun qəbul edib.

Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onlarıntəşkilatlanması prosesini hələ Naxçıvandakı siyasi fəaliyyətizamanı xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyevhəmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideolojihəmrəyliyinə müvəffəq oldu. Qədim və zəngin tarixə malik olanxalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən,onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətlimübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçüninam və ümid anıdır. Həmrəylik günü həm də Azərbaycana məhəbbət,milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləriniözündə təcəssüm etdirir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzususiyasi hakimiyyətə qayıdışı həm də xalqımızın həmrəyliyinintəntənəsi oldu. Heydər Əliyevin başlatdığı yeni siyasi kursunnəticəsi kimi azərbaycançılıq anlayışı milli təfəkkür tərzinəçevrildi. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrindəməskunlaşmış soydaşlarımız üçün iftixar, mənəvi dayaq və güvəncyeri oldu. Heydər Əliyev eyni zamanda dünyanın müxtəlif ölkələrindəyaşayan azərbaycanlılarla aparılan işin gücləndirilməsinə də xüsusidiqqət yetirirdi. Ulu Öndər xarici ölkələrə etdiyi səfərlər zamanıAzərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onlarınproblem və qayğıları ilə yaxından maraqlanar, daha sıxtəşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünyaazərbaycanlılarının birinci qurultayı müxtəlif ölkələrdəkiazərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığınınartmasına, onların ana vətənlə əlaqələrinin gücləndirilməsinə böyüktəsir göstərdi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızlaəlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədiləXarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə DövlətKomitəsinin yaradılması, həmin ilin dekabrında “Xaricdə yaşayanazərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbuledilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanmasıprosesini daha da gücləndirdi.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələringenişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirəncənab Prezident İlham Əliyev bu sahədə Heydər Əliyev tərəfindənmüəyyən edilən siyasi kursu uğurla davam etdirərək, mövcudsosial-iqtisadi inkişaf şəraitində dövrlə səsləşən genişmiqyaslıtədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin sərəncamları ilə 2006, 2011 və 2016-cıillərdə Dünya Azərbaycanlılarının II, III və IV qurultaylarınınkeçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizinmöhkəmlənməsinə yeni təkan verdi. Bu dövrdə xaricdə yaşayanazərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlıhəqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvidəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarınınmüdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlərgörülüb.

Habelə cənab Prezident İlham Əliyevin 2008-ci il 19 noyabrtarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İşüzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə DövlətKomitəsinin yaradılıb. Aparılan məqsədyönlü işlər nəticəsində bugün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündəbirləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdəyeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğuişinin uğuru kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlınınmaraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıcavəzifəsi hesab edir. Təsadüfi deyil ki, xaricdə dara düşən hər birazərbaycanlı ən böyük dayağı kimi Prezident İlham Əliyevi vəAzərbaycan dövlətini görür. Cənab Prezidentin bu istiqamətdə ortayaqoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayansoydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiyavə məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfəverir.

5 il əvvəl Vətən müharibəsindəki qələbə həm də dünyaazərbaycanlılarının həmrəyliyinin daha da güclənməsi baxımındanböyük hadisə oldu. Məlum olduğu kimi Vətən müharibəsi günlərindəAzərbaycan vətəndaşları Müzəffər Ali Baş Komandanın ətrafında sıxsəfərbərlik nümayiş etdirdilər. Bu savaşda xalqımız milli və siyasihəmrəylik nümunəsi ortaya qoydu. Eyni zamanda müharibə günlərindəxarici ölkələrdə yaşayan bütün soydaşlarımızın qəlbi Vətənlədöyündü. Onlar bu savaşda Azərbaycanın ədalətli mövqeyinin dünyabirliyinə çatdırılması, erməni yalanlarının qarşısının alınmasıüçün əzmkarlıq göstərdilər, genişmiqyaslı tədbirlər həyatakeçirdilər.

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayansoydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrlitəxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycanhəqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarxidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə İlham Əliyevbildirib.

2022-ci ildə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayıtarixə həm də Zəfər Qurultayı kimi düşdü. Çünki bu qurultay ilkdəfə olaraq işğaldan azad olunmuş Qarabağ torpaqlarında - Şuşaşəhərində keçirildi. Bu baxımdan Dünya Azərbaycanlılarının VQurultayının ruhu və məzmunu da fərqli idi. Əvvəlki qurultaylardatorpaqlarımızın işğaldan mütləq azad olunacağını bəyan edənPrezident İlham Əliyev bu dəfə dünya azərbaycanlılarını MüzəffərAli Baş Komandan kimi salamladı.

Bütövlükdə, uğurlu dövlət siyasəti dünya azərbaycanlılarınınmilli həmrəyliyini daha da gücləndirib. Torpaqlarımızın işğaldanazad olunması isə bütün dünya azərbaycanlılarının qürur mənbəyinəçevrilməklə, millihəmrəyliyimizə böyük töhfələr verdi. Qalib xalqınnümayəndəsi olmaq dünyanın harasında yaşamasından asılı olmayaraq,hər bir azərbaycanlı üçün böyük fəxarətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Избранный
93
2
az.trend.az

8Источники