RU

Zelenskinin Avropa liderləri ilə məxfi söhbəti sızdırıldı: Trampla ehtiyatlı ol

Bəzi Avropa liderləri Vladimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla görüşündən əvvəl ehtiyatlı olmağı və "çox uzağa getməməyi" tövsiyə ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Nəşr bildirib ki, Zelenskinin şənbə günü ABŞ-a səfəri ərəfəsində Avropa liderləri ilə baş tutan videokonfransının ingilis dilindəki transkriptini əldə edib.

Nəşrin məlumatına görə, telekonfrans təşkil edən Almaniya kansleri Fridrix Merts Zelenskinin ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və yenidənqurma məsələləri ilə bağlı ABŞ ilə razılığa gəlməyin yollarını tapmasının vacib olduğunu bildirib. Merts Ukrayna prezidentindən "həddindən artıq uzağa getməməyi" və eyni zamanda "ehtiyatlı" olmağı xahiş edib.

Almaniya hökumətinin sözçüsü nəşrin şərh tələbinə cavab olaraq federal hökumətin məxfi danışıqların təfərrüatları ilə bağlı şərh vermədiyini bildirib. Zəngin digər iştirakçısı telekonfransın məzmununun dəqiq əks olunduğunu təsdiqləsə də, söhbət məxfi olduğundan konkret sitatları təsdiqləməkdən imtina edib.

Избранный
94
publika.az

1Источники