RU

Yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Xidmətdən Missiya.Az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Избранный
37
24
missiya.az

10Источники