RU

Bu yüksək vəzifə 7 aydır boşdur

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri postu 7 aydır boşdur. Metbuat.az xəbər verir ki, televiziyanın rəhbəri Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 12 İyun 2025-cil il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Həmin gündən sədrin vəzifələrini tanınmış telejurnalist İlhamə Novruzova icra edir. Əldə etdiyimiz məlumata görə, 2026-cı ilin ilk gunlərində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunacaq. Yeni sədrin kimliyi hələlik gizli saxlanılır.

Nazim / Metbuat.az

Избранный
81
2
metbuat.az

3Источники