RU

"Yuventus" sabiq futbolçusunu geri qaytarmağı düşünür

İngiltərə təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Federiko Kyeza qışda İtaliyanın "Yuventus" klubuna qayıda bilər.

"Far.Az" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, turin kollektivi qış "transfer pəncərəsi"ndə Kyezanı icarəyə götürmək imkanını nəzərdən keçirir .

"Ağ-qaralar" üçün prioritet yarımmüdafiə xəttini gücləndirməkdir.

Qeyd edək ki, Kyeza 2024-cü ilin yayında "Yuventus" dan "Liverpul" a keçib. İtaliyalı futbolçunun "Liverpul" la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Избранный
37
4
far.az

5Источники