“Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxmır və Türkiyə-Ermənistan münasibətlərində irəliləyişin ilk növbədə, İrəvan və Bakı arasında razılaşmanın əldə edilməsindən asılı olduğunu qeyd edir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadır Uraloğlu belə deyib.
Ermənistanın həm keçmiş, həm də hazırkı nəqliyyat nazirləri ilə danışıqlar apardığını deyən Uraloğlu rəsmi İrəvanın dəhliz layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına təminat aldığını bildirib. “Əvvəlcə, Azərbaycan və Ermənistan danışıqlar masasına oturub razılığa gəlməlidirlər.
Bundan sonra Türkiyə mehriban qonşuluq münasibətləri çərçivəsində Ermənistana qarşı addımlar ata biləcək. Bu, həmçinin, bizim prezidentimizin mövqeyidir”,-deyə nazir əlavə edib. Türkiyəli nazir dəhlizin strateji əhəmiyyətini vurğuladı:
“Bu marşrut bizim üçün çox dəyərlidir. Bu, həmçinin türk dünyası və türk dövlətləri ilə birbaşa nəqliyyat əlaqələrimizi təmin edəcək”.