RU

Real Madrid Mbappenin zədələndiyini açıqladı

ain.az bildirir, Sherg.az portalına istinadən.

İspaniyanın "Real Madrid” klubunun futbolçusu Kilyan Mbappe zədə səbəbindən yaşıl meydanlardan kənarda qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı fransalı hücumçunun sol diz bağlarında dartılma aşkar edilib. Mbappenin bərpa prosesi təxminən üç həftə çəkəcək.

Qeyd edək ki, Kilyan Mbappe hazırda 18 qolla İspaniya La Liqasının bombardirlər cədvəlinə başçılıq edir. Zədə səbəbindən o, yanvarın 4-də “Real Betis”ə qarşı keçiriləcək çempionat oyununu və yanvarın 8-də İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”lə qarşılaşmanı buraxmalı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
20
sherg.az

10Источники