Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos ürəklə bağlı problemlərə görə əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Melçor Ruis məlumat yayıb.
“Roberto Karlos Braziliyada ürəklə bağlı problemlər səbəbindən əməliyyat keçirib, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur. O, daha bir neçə saat həkim nəzarətində qalacaq. Daha əvvəl ayağında tromb şübhəsi ilə müayinədən keçmişdi. Yoxlamalar zamanı ürəyində problem aşkarlanıb və bu səbəbdən cərrahi müdaxilə edilib”, – deyə Ruis bildirib.