RU

Paytaxtda güclü külək təhlükə yaratdı: Binanın damı uçdu

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Güclü külək paytaxtın Xətai rayonu, Gəncə prospekti, 113 ünvanında fəsadlar törədib.

Külək nəticəsində sözügedən ərazidə yerləşən dördmərtəbəli binanın damı uçub.

Paytaxtda güclü külək təhlükə yaratdı: Binanın damı uçdu

Hadisə zamanı ərazidə park edilmiş beş avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda elektrik xətləri də qırılıb.

"Maşınımın sol tərəfi demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Damın arxa hissəsi buraya aşıb. Qabaq hissəsi isə hələ də yerində qalıb və hər an uçmaq təhlükəsi var. Binanın nə zaman və kim tərəfindən təmir ediləcəyi hələlik məlum deyil. Aidiyyəti qurumlara müraciət etmişik, lakin indiyədək polis əməkdaşlarından başqa hadisə yerinə gələn olmayıb", - deyə sakinlərdən biri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
1
oxu.az

2Источники