RU

Hövsanda quyuya düşən şəxs xilasedicilər tərəfindən xilas edilib VİDEO

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Müraciət əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu təxminən 5 metr dərinliyi olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə zərərçəkəni quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
18
apa.az

9Источники