RU

“Elvin inciməsin, əlbəttə, onun da öz yeri var” Azarkeşlərin səsverməsində Bəhlul qələbə qazandı

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Futbol+”in ilin futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun qalibi Elvin Cəfərquliyevdi. Futbol ictimaiyyətinin əksər nümayəndələri məhz “Qarabağ”ın cinah müdafiəçisini ölkənin ən yaxşısı sayır. Bu il qəzetimizin “feysbuk” səhifəsində azarkeşlər arasında da səsvermə təşkil etdik. Paylaşımlara bu və ya başqa şəkildə 466 şəxs reaksiya verdi. Azarkeşlər arasındakı səsvermədə cüzi fərqlə Bəhlul Mustafazadə qalib gəldi. O, 155, Elvin Cəfərquliyev isə 148 səs topladı.“Futbol+” ən maraqlı şərhləri təqdim edir. Amin Səmədov: “Əlbəttə, Elvin daha üstündü. Bəhlul hələ çox təcrübəsizdi. Yaxşı ki, “Qarabağ”da Medina var. Bəhlulun səhvlərini bacardığı qədər örtür. O, Medinadan öyrənməlidi”. Saffaroff: “Qarabağ”ın müdafisində Medina yoxdusa, Bəhlul da yoxdu. Cəfərquliyev!”. İsmayıl İsmayılzadı: “Heç biri” variantı daha yaxşıdı”. Şirvan Aliyev: “Hər birinin öz mövqeyini nəzərə alsaq, Bəhlul”. Sərdar Hüseynov: “Azərbaycanda ən yaxşı Nəriman Axundzadədi. Belə baxanda hamı səhv edib”. Mirzə Heydəroğlu: “Bəhlul Mustafazadə. Elvin inciməsin, əlbəttə, onun da öz yeri var”. Ziya Yunusov: “Heç biri peşəkar futbolçu deyil. Oyundan-oyuna ya Elvin, ya da Bəhlul özünü yaxşı tərəfdən göstərə bilirlər”. Malik Məmmədov: “Qarabağ”ın Roberto Karlosu – Elvin Cəfərquliyev”. Qəmər Rüstəmova: “Bəhlul güclüdü. Amma Elvin tam başqadı. Ona görə də Elvin”.Roman Aliyev: “Qara Qarayev. Heyif, “Qarabağ”dan ayrıldı”. Eder Hassan: “Nəriman, Bəhlul”. Mübariz Quliyev: “Emin Mahmudovdan başqasının ən yaxşı kimi görmürəm”.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
1
icma.az

2Источники