RU

Uşaqların qorxu ilə keçdiyi xəstəxana qapılarına ümid və təbəssüm gətirdi–TƏFƏRRÜATLARVİDEO

Xəstəxanalar, xüsusən də uşaqların müalicə aldığı ünvanların qarşısından keçəndə hansısa tanımadığın körpənin ağrısını hiss edirsən, üzünü yana tutub ordan uzaqlaşmağa çalışırsan...

Rəssam Vasif Nəcəfzadə isə bunu eləməyib, əksinə həmin binaların giriş qapılarına bizim də baxanda gülümsəyəcəyimiz şəkillər çəkməyə başlayıb, öz təşəbbüsü və öz hesabına...

Xezerxeber.az-ın xəbərinə görə, gənc rəssam Vasif Nəcəfzadə deyir ki, hamımızın uşaqlığında bir xəstəxana fobiyası var, mən də istədim bu körpələrə məhz o qapıdan sevinərək daxil olmalarına öz töhfəmi verim. Elə bu məqsədlə də Respublika Talassemiya Mərkəzinin girişində yeni ilə aid şəkillər çəkib: 

Rəssam öz təşəbbüsünü Milli Onkologiya Mərkəzində də həyata keçirib. Hətta burada ona balacaların özləri də kömək edib:

Onu da qeyd edək ki, bu gənc rəssamın ilk layihəsi deyil, o buna qədər "könüllü donor" layihəsinə dəstək məqsədilə binalara rəsmlər çəkib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
16
xezerxeber.az

1Источники