"Çelsi"nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın 19-cu turunda "Bornmut"la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra mətbuat konfransında iştirak etməyib.
Paralel.az xəbər verir ki , 45 yaşlı italiyalı mütəxəssis səhhətində yaranan narahatlıq səbəbindən jurnalistlərin suallarını cavablandıra bilməyib.
Qeyd edək ki, London təmsilçisi sözügedən qarşılaşmada aut atışlarından sonra qapısında iki qol görüb.
Xatırladaq ki, "Çelsi" son 9 oyunda cəmi 2 qələbə qazanıb. Komanda növbəti matçını yanvarın 4-də səfərdə "Mançester Siti"yə qarşı keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта