RU

Əfsanəvi futbolçu Roberto Karlos xəstəxanaya yerləşdirilib

Bakı, 31 dekabr, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubunun braziliyalı sabiq futbolçusu Roberto Karlos ürək tutması səbəbilə xəstəxanaya yerləşdirilib.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, veteran oyunçunun səhhətinin hazırda stabil olduğu, həyati təhlükəsinin olmadığı bildirilib. Həkimlərin qərarına əsasən, o, bir müddət tibbi nəzarət altında saxlanılacaq.

Roberto Karlos futbol karyerası ərzində İtaliyanın "İnter" və İspaniyanın "Real Madrid" kimi tanınmış komandalarında çıxış edib, Braziliya millisinin heyətində mühüm uğurlara imza atıb.

Избранный
121
4
azertag.az

5Источники