RU

Almaniya və Rumıniya Rusiya vətəndaşlarının köhnə tip xarici pasportlarını tanımır

BAKI, 1 yanvar. TELEQRAF

Almaniya və Rumıniya 1 yanvar 2026-cı ildən etibarən Rusiya Federasiyasının köhnə nümunəli xarici pasportlarını tanımağı dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının portalında dərc olunan sənəddə qeyd olunub.

Məlumata görə, söhbət biometrik olmayan, adi Rusiya xarici pasportlarından gedir.

Bildirilib ki, Polşa da oxşar qərarı 1 aprel 2026-cı ildən qüvvəyə mindirəcək. Latviya isə hələ 15 iyul 2025-ci ildən Rusiya vətəndaşlarının biometrik məlumatlar olmayan xarici pasportlarını tanımır.

Eyni zamanda, Litva 1 iyun tarixindən etibarən Rusiyadan olan şəxslərə yalnız 10 illik biometrik xarici pasport əsasında ölkəyə giriş, çıxış və qalmağa icazə verir. İstisna hal kimi Litva ərazisindən Kalininqrad vilayətinə və geri dəmir yolu ilə tranzit keçidlərə icazə verilir.

OСН nəşrinin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən Malta, Danimarka, Çexiya, İslandiya, Norveç, Litva və Estoniya da Rusiya vətəndaşlarının qeyri-biometrik xarici pasportları ilə bağlı məhdudiyyətlər tətbiq edib.

Избранный
53
teleqraf.com

1Источники