RU

Bred Pitt, Corc Kluni, Culiya Robertsdən sevənlərinə MÜJDƏ

Orijinal trilogiyanın əsas aktyor heyəti "Ouşenin 14 dostu" filmində görünəcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Corc Kluni "Variety" jurnalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, yeni filmdə özü ilə yanaşı Bred Pitt, Mett Deymon, Culiya Roberts və Don Çidl də rol alacaqlar.

Çəkilişlərin 2026-cı ilin oktyabrında başlaması planlaşdırılır.

Xatırladaq ki, "Ouşenin 11 dostu" franşizası 2001-ci ildə ekranlara çıxıb.

Milli.Az

Избранный
47
2
milli.az

3Источники