RU

Yanacağın bahalaşması fonunda hansı avtomobillərin qiyməti arta bilər? - VİDEO

İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərində də artım müşahidə oluna bilər.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Aİ-92 markalı benzin və dizel yanacağının qiymətindəki artım alıcıları daha qənaətcil avtomobillərə yönəldəcək.
 
Ekspertin sözlərinə görə, xüsusilə hibrid və "plug-in hibrid" avtomobillərə marağın artması qaçılmazdır.
 
Eldəniz Cəfərov bildirir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərin qiymətlərində 5-10 faiz civarında artım gözlənilir. Onun sözlərinə görə, hazırda qiyməti təxminən 27-28 min manat olan Çin istehsalı avtomobillərdə 2 500 - 3 000 manat aralığında bahalaşma ehtimalı var.
Избранный
39
8
moderator.az

10Источники