“Kristal Pelas”ın futbolçusu Mark Qehi karyerasını İspaniyada davam etdirə bilər.
Ölkə.az xəbər verir ki, “Real” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi 2026-cı ilin yayında Qehini azad agent kimi sıralarına cəlb etmək istəyir.
Mark bu mövsüm 28 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi yayda başa çatır.(futbolpress)