Yeni il gecəsi Amsterdamın 150 illik tarixi olan Vondelkerk kilsəsində böyük yanğın baş verib.
Bizim.Media “NL Times” nəşrinə istinadən xəbər verir ki, yanğın kilsənin qülləsinə başlayıb.
Binaların sıx olması və alovun yayılması səbəbindən yanğını söndürmək çətinləşib.
Buna görə də, Amsterdam xaricindən əlavə xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, Vondelkerk kilsəsi 1872-ci ildə inşa edilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта