“Rusiya və ABŞ 2026-cı ildə Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqının iştirakı olmadan sülh sazişi imzalaya bilərlər”
Bizim.Media xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban M1 televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə bir ssenari ABŞ və Avropa İttifaqı arasında strateji məsələlər, o cümlədən Rusiya–Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqlarının nəticəsi ola bilər.
Orban qeyd edib ki, əvvəllər Qərb ölkələri birlik nümayiş etdirə bilirdisə, indi “bu birlik artıq başa çatıb”. Onun fikrincə, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə razılıq əldə etməyə çalışaraq sülh təşəbbüsləri irəli sürür, Aİ liderləri isə eyni zamanda Ukraynaya silah tədarükünü davam etdirirlər.
“2026-cı ildə əsas sual bundan ibarət olacaq: ABŞ və Avropa arasındakı qarşıdurma hansı həddə çatacaq və amerikalılar avropalıların iştirakı olmadan ruslarla sülh bağlayacaqmı?”, — deyə Macarıstanın baş naziri vurğulayıb.
Orban əlavə edib ki, Macarıstan Qərb ilə Rusiya arasında normal münasibətlərin bərpa olunmasında maraqlıdır, çünki bu, hər iki tərəf üçün qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq imkanları yarada bilər.
Bu baxımdan o, Rusiya ilə Ukrayna arasında müharibənin mümkün qədər tez başa çatdırılmasının tərəfdarı olduğunu və ABŞ administrasiyasının bu məqsədə yönəlmiş səylərini dəstəklədiyini bir daha təsdiqləyib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта