RU

Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında hərbi toqquşma 

Yəmən məsələsində Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyi arasında vəziyyət  hərbi toqquşma səviyyəsinədək yüksəlib. Nəticədə Səudiyyə Ərəbistanı 2025-ci ilin son günündə  Yəməndə BƏƏ-yə bağlı hərbi qüvvələrin anbarına hava zərbəsi endirməli olub.  

Ölkə.az xəbər  verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Mukalla liman şəhərini bombalayıb və bunu BƏƏ-dən separatçılara silah göndərilməsi ilə əlaqələndirib. Zərbələr nəticəsində liman şəhərində güclü partlayışlar baş verib.

Qeyd edək ki, koalisiyanın həyata keçirdiyi hücum əməliyyatından bir gün öncə Səudiyyə Ərəbistanının  Xarici İşlər Nazirliyi BƏƏ-ni  24 saat ərzində qüvvələrini geri çəkmək  barədə ultimatum verib.  Ər-Riyad BƏƏ-ni Yəmənin cənubundakı  dəstəklədiyi Cənub Keçid Şurasını Səudiyyə Ərəbistanı sərhədlərinə doğru irəliləməyə təşviq etməkdə günahlandırır və bunu "milli təhlükəsizlik üçün qırmızı xətt" adlandırıb.
Bundan sonra BƏƏ Yəməndəki sonuncu qoşunlarını geri çəkmək qərarına gəldiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin rəsmiləri “Reuters”ə bildiriblər ki, Yəməndəki terrorizmə qarşı mübarizə qüvvələri könüllü olaraq missiyalarını başa vurublar. Nazirlik bildirib ki, 2019-cu ildə hərbi mövcudluq bitdikdən sonra ölkədə yalnız məhdud sayda xüsusi təyinatlı personal qalıb.
İki ölkə arasında gərginlik Səudiyyə Ərəbistanının 2025-ci ilin dekabrında Yəmənin şərqi, şimal-şərqindəki əyalətlərdə nəzarətini ələ keçirdikdən sonra daha da artıb.
ABŞ Dövlət Departamenti də  iki ölkə arasınd ayaranan gərginliyə müdaxilə edib. ABŞ  dövlət katibi Marko Rubio Yəməndəki gərginliyi və regional təhlükəsizlik məsələlərini Səudiyyə Ərəbistanı və BƏƏ xarici işlər nazirləri ilə müzakirə edib.
Mürtəza

Избранный
81
1
olke.az

2Источники